Gədəbəydə növbəti səyyar görüş Çalburun kəndində keçirilib.
Gədəbəy rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü rayonun Çalburun kəndində keçirilib.
Çalburun kənd tam orta məktəbində keçirilən səyyar qəbul-görüşdə hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul-görüşdə çıxış edən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Natiq Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi tədbirlərdən söz açmış, rayonumuzda son illərdə sosial-infrsatruktur sahələrdə həyata keçirilən və planlaşdırılan layihələr barədə kənd sakinlərinə məlumat vermişdir.
Sonra səyyar qəbulda iştirak edən kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verilən suallar cavablandırılıb, bəzi müraciətlərin yerində həll olunması təmin edilib, digər məsələlərin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və icrası nəzarətə götürülüb.