Gədəbəy rayonunda su ehtiyatlarından səmərəli istifadə edilməsi mövzusunda tədbir keçirilib.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 15.04.2020-ci il tarixli 1986 nömrəli Sərəncamından irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Kür çayı hövzəsində yerləşən rayonlarda müvafiq qurumların mütəxəssislərinin iştirakı ilə növbəti görüş Gədəbəy rayonunda keçirilmişdir.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin “Azərsu” ASC-nin yerli bölməsinin, Gədəbəy DAİM-in nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Müzakirələrdə sudan səmərəli istifadə, israfçılığa yol verilməməsi və su istifadəçilərinin uçotunun aparılması ilə bağlı görüləcək işlər müzakirə olunmuşdur.
Görüş qarşılıqlı müzakirə şəraitində keçirilmişdir.