Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun Moruxlu kəndində səyyar qəbul keçirilib.

06 aprel 2022 | 16:00

Əhalinin qayğı və problemlərinin yerində öyrənilməsi və həlli ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Gədəbəy rayonunun Moruxlu kəndində səyyar qəbul keçirilib.

Moruxlu kənd tam orta məktəbində keçirilən səyyar qəbul-görüşdə aidiyyəti idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişafdan söz açmış, rayonumuzun hər yerində, o cümlədən Moruxlu kəndində bu istiqamətdə görülmüş işlərdən danışmışdır.

Sonra səyyar qəbulda sakinlərin müraciətləri dinlənilib, sakinlər tərəfindən onları narahat edən məsələlərlə bağlı verilən suallar cavablandırılıb, məsələlərin həll edilməsi aidiyyəti təşkilatlara tapşırılıb və icrası nəzarətə götürülüb.

Keçidlər