Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə “31 mart-Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar dəyirmi masa keçirilib.

31 mart 2022 | 16:00

Gədəbəydə “31 mart-Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar dəyirmi masa keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini icra edən Natiq Nağıyev açıq elan edərək 31 mart  Azərbaycanlıların soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad  edilmişdir.
Sonra “31 mart Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Vəfa allahverdiyeva məruzə ilə çıxış etmişdir. O, qeyd etmişdir ki, 31 mart soyqırımını bütün dünyaya çatdırmaq hər birimizin borcumuzdur. İndi bizim hər birimiz bir məsuliyyət nümayiş etdirməklə fəal vətəndaş mövqeyindən çıxış edərək  “31 mart-Azərbaycanlıların soyqırımını günü” dünyada genosid aktı kimi tanıtmalıyıq.
Dəyirmi masanın davamı olaraq Gədəbəy Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin iclas zalında Gədəbəy Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “31 mart-Azərbaycanlıların soyqırımını günü”nə həsr edilmiş film təqdim edilmişdir.

Keçidlər