Gədəbəydə növbəti səyyar görüş Gərgər kəndində keçirilib.
Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlarla səyyar görüşlər davam edir. Növbəti görüş Gədəbəy rayonunun Gərgər kəndində keçirilib. Səyyar görüşdə idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Pandemiya qaydalarına uyğun olaraq təşkil olunan görüşdə sakinlər müraciətlərini dilə gətirib, onları narahat edən məsələləri rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Müraciətlər arasında kənddə enerji təchizatının yaxşılaşdırılması, kəndarası yolların təmir olunması və sair məsələlər üstünlük təşkil edib. Görüşdə iştirak edən sakinlər onları narahat edən şəxsi problemlərini də dilə gətiriblər.
Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.