Gədəbəy rayonunun Xarxar kəndində növbəti səyyar qəbul keçirilib.
Qəbulda Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.
Qəbulda çıxış edən Natiq Nağıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və Rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat verib.
Səyyar qəbulda əsasən kənddə poçt şöbəsinin açılması, uşaq bağçasının tikilməsi və elektrik xətlərinin yenilənməsi ilə əlaqədar təkliflər səsləndirilib.
Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.