Gədəbəy rayonunun Nərimankənd kəndində səyyar qəbul keçirilmişdir.
02 mart 2022-ci il tarixində Gədəbəy rayonunun Nərimankənd kəndində səyyar qəbul keçirilmişdir.
Qəbulda Gədəbə Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Vətəndaşlar Nərimankənd kənd tam orta məktəbinin təmirini, elektrik təsərrüfatının yenilənməsini və kənd həkim məntəqəsinin yenidən qurulması kimi məsələləri gündəmə gətiriblər.
Sakinləri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Gədəbə Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev tərəfindən digər kəndlərdə də əhali ilə görüşlər davam etdiriləcəkdir.