Gədəbəy rayon İcra Hakimiyyəti Polis şöbəsi ilə birgə Gədəbəy şəhərində monitorinqlər aparır.
Covid-19-un mutasiyaya uğramış Omicron virusunun yayılma təhlükəsinə qarşı mübarizə tədbirlərinin aparılması və karantin rejimi qaydalarına ciddi əməl olunması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəal və könüllülərin iştirakı ilə yaradılmış Mobil Qruplar tərəfindən Gədəbəy şəhərində monitorinqlər aparılmış, maarifləndirici təbliğat işləri həyata keçirilmişdir.
Şəhər sakinləri və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər zamanı vətəndaşlara tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etməyin və vaksinasiyadan keçməyin vacibliyi bir daha qeyd olunmuşdur.