Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Gədəbəy rayonunda Heydər Əliyev adına Mərkəzi Parkda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü ilə əlaqədar tədbir keçirildi.

02 iyun 2014 | 15:00

 Tədbiri Gədəbəy  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Musayev giriş sözü ilə açdı. V.Musayev  uşaqlara göstərilən dövlət qayğısından və bu qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qeyd etdi. O, gələcəyimiz olan uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud olanların daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyindən danışdı. V. Musayev həmçinin uşaqların fiziki və mənəvi sağlamlığının cəmiyyətin gələcək inkişafında müəyyənedici amillərdən biri olduğunu vurğuladı. Sonra istedadlı uşaqların ifasında konsert proqramı nümayiş etdirildi.

Keçidlər