Gədəbəydə 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir.
20 yanvar 2022 | 16:00
Yanvarın 20-si – Ümumxalq Hüzn Günündə Gədəbəy rayon İcra hakimiyyətinin başçısının vəzifəsini icra edən Natiq Nağıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid valideynləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüb, Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi Gədəbəy rayonunda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Küçələrdə nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilmişdir.