Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda daha bir Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub.

26 dekabr 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Nağıyev Elfaq Azad oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Elfaq Nağıyevin bu gün 25 yaşı tamam olur.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür.
Bu gün 25 yaşını qeyd etdiyimiz Elfaq Nağıyevin xatirəsi  yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev və digər qonaqlar Parakənd kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən “Qorxmaz gizir” ləqəbli şəhid Elfaq Nağıyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 2020-ci il 18 dekabr tarixli Sərəncamına əsasən “İgidliyə görə”, 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 2021-ci il 4 iyun tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər