“Son zəng” tədbirləri ənənəvi olaraq Gədəbəy rayonunun bütün tam orta məktəblərində təntənəli şəkildə qeyd olunub.
31 may 2014 | 15:00
Gədəbəy Rayon İсra Hakimiyyəti başçısı Ramiz Yediyarov Çanaqçı kənd tam orta məktəbinin “Son zəng” tədbirində iştirak edib və məzunları təbrik edib, onlara müstəqil həyatda uğurlar arzulayıb.
Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları şer, mahnı və rəqslərdən ibarət çıxışları olub. Məktəb həyatına əlvida deyən məzunlar bu ilki birincilərə hədiyyələr təqdim etdilər və tədbir bədii proqramla başa çatdı.