Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə yeni modul tipli məktəbin açılışı olub.

15 noyabr 2021 | 16:00

Gədəbəy rayonunun Pərizamanlı kəndində yeni modul tipli məktəb binasının açılışı olub. Açılışda Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən Natiq Nağıyev, RİH başçısı aparatının məsul əməkdaşları, Gədəbəy Rayon Təhsil şöbəsinin əməkdaşları iştirak etmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. Sonra tədbir qonaqlarının iştirakı ilə məktəbdə yaradılan şəraitlə tanış olunub.
Qeyd edək ki, fəaliyyətə başlayan modul tipli məktəb 96 yerlik və 1 növbəli tam orta məktəbdir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.

Keçidlər