Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə 8 noyabr - Zəfər günü münasibətilə yürüş keçirilmişdir.

08 noyabr 2021 | 16:00

Gədəbəydə 8 noyabr - Zəfər günü münasibətilə yürüş keçirilmişdir.
Yürüşdə Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ərazisində yerləşən N saylı hərbi hissənin zabitləri və əsgərləri, Şəhid ailələri, Qazilər, Vətən Müharibəsi iştirakçıları və rayon sakinləri iştirak etmişlər.
Yürüş başa çatdıqdan sonra  Heydər Əliyev mərkəzinin qarşısındakı Bayraq Meydanında yürüş iştirakçılarının iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Natiq Nağıyev çıxış edərək bildirdi ki, Rəşadətli Azərbaycan əsgər və zabitləri addım – addım irəliləyərək, ermənistan uzun illər ərzində qurduğu mühəndis – istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusiilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapituliyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Bu zəfərdə böyük pay sahibi olan şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, qazilərimizə uca tanrıdan şəfalar diləyirik.
Tədbirdə qəhrəman şəhidlərimizin övladlarının və şəhid ailələrinin fikirləri dinlənildi.
Daha sonra tədbir Gədəbəy rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı ilə davam etdirildi.
Yaşasın müzəffər və qüdrətli Azərbaycan ordusu,
Eşq olsun Azərbaycan xalqına
Qarabağ Azərbaycandır!

 

 

 

 

Keçidlər