Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəyin təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub

28 oktyabr 2021 | 16:00

Rayonunun ümumtəhsil məktəblərində Vətən Müharibəsi iştirakçıları ilə görüşlər təşkil olunub. Görüşlərdə Vətən müharibəsi iştirakçıları vurğulayıblar ki, Vətən Müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbiçilərin şücaəti, rəşadəti hesabına şəhidlərimizin canı, qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə baxmayarq Azərbaycan öz haqq savaşında zəfər çaldı.
Vətən Müharibəsi iştirakçıları çıxışlarında qalib ordunun döyüşçüləri olmaqdan böyük qürur duyduqlarını bildirmiş, həmçinin keçdikləri şanlı döyüş yolu ilə bağlı məktəblilərə məlumat vermişlər. Onlar eyni zamanda Şanlı Ordumuzun şücaətindən söz açmış, müharibədən sonra ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən Müharibəsi iştirakçılarına və qazilərə göstərdikləri diqqət və qayğıya görə təşəkkürlərini ifadə etmişlər.
Mərasimlərdə iştirak edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda şəhadət zirvəsinə ucalmış şəhidlərimizin qəhrəmanlıq salnamələri yazdıqları barədə danışıb, onların Vətən yolunda bizlərə Qələbə sevinci yaşadan fədakarlığının yaddaşlardan silinməyəcəyini vurğulayıblar.

Keçidlər