Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunun Miskinli kəndində memorial abidə kompleksinin açılış tədbiri keçirilmişdir.

27 oktyabr 2021 | 16:00

27 oktyabr 2021-ci il tarixdə Miskinli kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş Qəhrəman oğullarımızın əziz xatirəsinə ucaldılmış  memorial abidə kompleksinin açılış tədbiri keçirildi. Tədbir Gədəbəy Rayon İcra Hakimiyyəti nümayəndələrinin, hüquq mühafizə orqanları rəhbərlərinin, rayon idarə, təşkilat rəhbərlərinin, iş adamları, şəhid ailələrinin, qazilərin iştirakı ilə keçirilmişdir.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Dövlət himni səsləndirilmişdir.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Natiq Nağıyev çıxış edərək memorial abidə kompleksinin tikintisində əməyi olan iş adamlarına minnətdarlığını ifadə etmişdir. Şəhid ailələrinə səbr diləməklə şəhidlərimizin ruhu qarşısında baş əyərək qazilərimizə şəfa diləmişdir.
O, vurğulamışdır ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.
Tədbirdə Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, kənd ağsaqqallarından İslam Əkbərov, Əziz İmanverdiyev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət dilədilər. Şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Çıxışlarda qeyd olundu ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli müstəqilliyini uğurla davam etdirir.
İş adamı Çalburun kənd sakini Məhərrəm Məmmədov çıxış edərək bildirdi ki, şəhidlər haqqında nə qədər iş görülsədə bizim hər birimiz onlara borcluyuq çünki bizim azadlığımız onların canı, qanı  bahasına əldə olunmuşdur.
1 saylı Miskinli kənd tam orta məktəbinin şagirdləri tərəfindən qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunan şeirlər söyləmişlər.
Daha sonra tədbir iştirakçıları iştirakı ilə Çalburun tam orta məktəbində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə otağına baxış keçirilmiş, “Keçən günlər müqəddəs bir xatirədir” adı altında şəhidlərin mülki həyatda olan fotolarından ibarət sərgiyə baxılmışdır.
ALLAH RƏHMƏT ELƏSİN.

 

 

 

Keçidlər