Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Vətən müharibəsi şəhidi Bəybala Əliyevin doğum günündə məzarı ziyarət olunub

22 oktyabr 2021 | 16:00

Vətən müharibəsində, Qarabağ adlı haqq savaşında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Əliyev Bəybala Fazil oğludur.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Gədəbəydə də hər zaman örnək götürülür.
Bu gün 25 yaşını qeyd etdiyimiz Bəybala Əliyevin xatirəsi  yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Musayev Vüsal Kərim oğlu, RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Qılıcov Nizaməddin İmran oğlu və digər qonaqlar Səbətkeçməz kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Bəybala Əliyevin  əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Bəybala kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.
Qeyd edək ki, Müharibədə qəhrəmanlıq göstərən şəhid Bəybala Əliyev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”  medalı ilə təltif olunmuşdur.

 

Keçidlər