Bu gün Gədəbəy rayonunda 28 May – Respublika Gününə həsr olunmuş tədbiri keçirilmişdir.
Rayon rəhbərliyinin, Hüquq-mühafizə orqanlarının və rayonun idarə , müəssisə, və təşkilatlarının qatıldığı tədbiri giriş sözü ilə açan Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tariximizə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açmış, Cümhuriyyətin yaradılmasını tarixi hadisə kimi səciyyələndirmişdir. Ramiz Yediyarov Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edərək, bu iki il ərzində böyük işlərin görüldüyünü, müstəqil dövlət quruculuğunda qazandığı nailiyyətləri, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulamış və bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bildirmişdir.
Eyni zamanda, Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illərində keçdiyi çətin yollardan və özbaşınalığın hökm sürdüyü bir dövrdən də danışdı. Yalnız 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısının alındığı, respublikada sabitliyin yarandığı, inkişaf dövrünün başlandığı, dövlətçiliyimizin əsaslarının formalaşdırıldığını tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Ramiz Yediyarov öz çıxışının sonunda bir daha demişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə dövlətimizin mövqeyi daha da möhkəmləndirilmiş, ölkə iqtisadiyyatı bütün sahələrdə öz dinamik inkişaf yoluna qədəm qoymuş və hazırda bu yolda inamla irəliləyir. Sonra Gədəbəy Rayon İcra Hakimiyyəti və Regionların İnkişafı İctimai Birliyi tərəfindən ilin müəllimi adına layiq görülmüş bir qrup fənn müəllimlərinə mükafatlar təqdim edildi. Daha sonra tədbir yeni tikilmiş 180 şagird yerlik Samanlıq
kənd orta məktəbinin açılışı ilə sona çatdı.