Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ərəfəsində Gədəbəydə Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib.

18 sentyabr 2021 | 16:00

14 sentyabr 2021-ci il tarixdə “Anım Günü”nün keçirilməsinə dair Tədbirlər Planına uyğun olaraq 44 günlük Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda böyük rəşadət və fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan gədəbəyli gənclərin ildönümü ərəfəsində rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ağsaqqalların iştirakı ilə Gədəbəy rayonunda şəhid Allahverdiyev Seymur Qərib oğlu, şəhid Allahverdiyev Turxan Rəsul oğlu,  şəhid Həsənov Etibar Əlləddin oğlu, şəhid Həsənov Tofiq Etibar oğlu və şəhid Hüseynov Nəcəf İlqar oğlu, şəhid Quliyev Mehtab Ənvər oğlu, şəhid Nağıyev Elfaq Azad oğlu, şəhid Paşayev Firdovsi Afiq oğlunun məzarları ziyarət olunmuş, ruhlarına dualar oxunmuşdur.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıq hisslərini ifadə etdilər

 

Keçidlər