Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Vətən müharibəsi şəhidlərinin məktəbli övladları ilə görüş keçirmişdir.

16 sentyabr 2021 | 16:00

16 sentyabr 2021-ci il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Vətən müharibəsi şəhidlərinin məktəbli övladları ilə görüş keçirmişdir.
Görüşdə rayon rəhbəri şəhid ailələrinin uşaqlarını yeni tədris ili münasibətilə təbrik edib, onlara cansağlığı və təhsillərində uğurlar arzulayıb.
Görüşdə iştirak edən şəhid ailələri övladlarının bilik öyrənərək gələcəkdə həm cəmiyyətimiz, həm də öz ailələri üçün yararlı, Vətənimizə, torpağımıza, dövlətimizə sadiq vətəndaşlar kimi formalaşacaqlarına dair əminliyini bildirən İbrahim Mustafayev vurğulayıb ki, bu balacaların qəhrəman ataları Azərbaycan xalqına tarixi və möhtəşəm Qələbə sevincini bəxş ediblər, müqəddəs Vətən torpağı üçün canlarını fəda ediblər.
Həmçinin, Vətən və millət yolunda canından keçərək ən şərəfli zirvəyə ucalmış Şəhidlərimizin heç zaman unudulmayacağını vurğulayan RİH başçısı Şəhid ailələrinin daima dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirmişdir.
Sonda şəhid ailələrinin övladlarına zəruri ləvazimatlarla dolu məktəb çantaları hədiyyə olunmuşdur.
Valideynlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevə təşəkkürlərini bildiriblər.

 

Keçidlər