Gədəbəydə qanvermə aksiyası keçirilmişdir.
14 sentyabr 2021 | 16:00
14.09.2021-ci il tarixdə talasemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə TƏBİB Hematologiya Transfuziologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının nümayəndələrinin iştirakı ilə Gədəbəy rayonunda qanvermə aksiyası keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada ümumilikdə 141 nəfər qan vermişdir.