Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə yeni yaradılmış yüksək məhsuldarlıqlı 4 yeni növ kartof sortu əkilmişdir.

06 sentyabr 2021 | 16:00

Cari ilin aprel ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda yeni yaradılmış yüksək məhsuldarlıqlı kartof sort nümunələrinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun əməkdaşları ilə birgə sınaq əkinləri həyata keçirilmişdir.
Qeyd edək ki, sınaq əkinlərinin məqsədi bu növlərin yerli şəraitdə məhsuldarlıq vəziyyətinin öyrənilməsi, eyni zamanda onların yerli şəraitə uyğunluğu və davamlılığının nəzərdə tutulması idi.
06 sentyabr 2021-ci ildə Gədəbəy RİH başçısı İbrahim Mustafayevin iştirakı ilə əkilmiş kartof sahəsinə baxış keçirilimişdir. Baxış zamanı qeyd olunmuşdur ki, "Çənlibel", "Uğur", "Turan" və "Vaqif" sortlarının özəlliyi ondadır ki, digər sortlardan daha məhsuldardırlar. Kartofların əsasən dağlıq ərazidə, dəmyə şəraitində yetişdirilməsi nəzərdə tutulmuşdur.

 

Keçidlər