Şriftin ölçüsü :

Saytın rəngi :

27 may 2014-cü il tarixdə Gədəbəy Aşıq musiqi məktəbində Azərbaycan Gənclərin qarşıdan gələn VII forumu ilə bağlı Gədəbəy rayonunda toplantı keçirildi.

28 may 2014 | 15:00

27 may 2014-cü il tarixdə Gədəbəy Aşıq musiqi məktəbində Azərbaycan Gənclərin qarşıdan gələn VII forumu ilə bağlı Gədəbəy rayonunda  toplantı keçirildi. Toplantıda Gədəbəy RİH başçısı Ramiz Yediyarov və Gədəbəy rayonunun ictimai -siyasi həyatında fəal rolu olan gənclər iştirak edirdilər. Tədbiri ilk olaraq RİH Başçısı açdı və gəncləri bu mühüm gün münasibəti ilə təbrik etdi. Daha sonra Gədəbəy rayon Gənclər və İdman İdarəsinin rəisi əvəzi Samir Vəliyev, YAP Gədəbəy rayon təşkilatı gənclər birliyinin sədri Sevinc Həsənova, İnteqral təhsil  mərkəzinin direktoru Şahin Ələsgərov  və digərləri çıxış edərək dövlətimizin gənclərə olan qayğısından ətraflı danışdı. Tədbirdə rayonnun ictimai-siyasi həyatına fərqlənən və Gədəbəy rayon məktəblilərinin 1-ci Spartakiadasının qalibləri olan bir qrup gənc RİH başçısının fəxri fərmanları ilə təltif olunmuş və  hədiyyələr  verilmişdir.
Tədbirin sonunda  Azərbaycan Gənclərinin VII forumuna Gədəbəy rayonundan 8 nəfər nümayəndə seçildi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Gədəbəy gəncləri adından müraciət qəbul olundu.

Keçidlər