1 Oktyabr – Azərbaycan Respublikasının Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev Rayon Prokurorluğunun əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib
01 oktyabr 2026 | 15:36
1 Oktyabr – Azərbaycan Respublikasının Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Hacıbaba Babayev Rayon Prokurorluğunun əməkdaşları və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Hacıbaba Babayev prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Xidməti vəzifələrinin yerinə yetirilməsində fərqlənən Rayon Prokurorluğunun əməkdaşı Şahverdiyev Məftun Mübariz oğlunu Fəxri Fərmanla təltif edib.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Gədəbəy Rayon Prokurorluğunun inzibati binasında yaradılmış iş şəraiti ilə tanış olub.






