Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2025-ci il tarixli 52 nömrəli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə seçki komissiyası yaradılmışdır
25 aprel 2025 | 17:23
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 25 aprel 2025-ci il tarixli 52 nömrəli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə seçki komissiyası yaradılmışdır.
Bununla əlaqədar olaraq 28 aprel 2025-ci il tarixdən başlayaraq 20 iş günü müddətinə Gədəbəy Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı elan edilir və 27 may 2025-ci il tarixində başa çatacaqdır.