Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Rayon İcra Hakimiyyəti başçısının 10 aprel 2023-cü il tarixli 52 nömrəli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə seçki komissiyası yaradılmışdır.
17 aprel 2023 | 12:36

Bununla əlaqədar olaraq 11 aprel 2023-cü il tarixdən başlayaraq 25 iş günü müddətinə Gədəbəy Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı elan edilir və 18 may 2023-cü il tarixində başa çatacaqdır.