Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda dezinfeksiya işləri davam etdirilir

12 avqust 2021 | 16:00

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, respublikamızda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Gədəbəydə həyata keçirilən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər bu gün də davam etdirilir.
Respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər Gədəbəydə də olduğu kimi yerinə yetirilir.
Son günlərdə ölkə ərazisində koronavirus pandemiyası ilə bağlı mövcud vəziyyət və xəstəliyə yoluxanların sayında artım nəzərə alınaraq rayonda bu epidemiyaya qarşı mübarizə tədbirləri genişləndirilib. Belə ki, koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə rayonda növbəti dezinfeksiya işləri aparılıb.
Gədəbəy Rayon  İcra hakimiyyətinin birbaşa nəzarəti ilə aidiyyəti qurumlar tərəfindən səhər saatlarından şəhərin əsas küçə və prospektlərdə, əhalinin sıx toplaşdığı ərazilərdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri həyata keçirilib. Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Rayonun digər yaşayış məntəqələrində əhalinin gediş-gəlişinin intensiv olduğu ərazilərdə, park və digər ictimai yerlərdə də dezinfeksiya tədbirləri həyata keçirilmişdir.
Əhali ilə maarfləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, geniş vaksinləşmə prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Rayon ərazisində yoluxmanın qarşısının alınması məqsədilə gündəlik olaraq səyyar həkim briqadaları əhalinin peyvənd olunması üçün ucqar kəndlərə səfərlər edir. Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir və nəzarətdə saxlanılır.

 

 

Keçidlər