Şriftin ölçüsü :

Saytın rəngi :

15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə Gədəbəydə ümumrayon tədbiri keçirilib

14 iyun 2021 | 16:00

İyunun 14-də Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir Ulu Öndər Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən video-çarxa baxmaqla başlanılmışıdr.  Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı İbrahim Mustafayev  Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Digər çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi bildirilmişdir.
Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş inşa-yazı müsabiqəsinin və şahmat üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıblar. Yüksək yerləri tutmuş iştirakçılar müvafiq fəxri fərman və hədiyyələrlə təltif olunublar. Onlara mükafatları Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri təqdim ediblər. Sonra xatirə şəkli çəkdirilib.

 

 

Keçidlər