Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda şəhidin xatirəsinə çəkilmiş bulağın açılışı olmuşdur.

07 iyun 2021 | 16:00

Gədəbəy rayonunun Poladlı kəndində Vətən müharibəsi şəhidi Paşayev Firdovsi Afiq oğlunun xatirəsinə çəkilmiş bulağın açılışı olmuşdur. Açılış mərasimində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, RİH-nin məsul şəxsləri, digər məsul şəxslər və kənd sakinləri iştirak etmişlər.
Mərasimdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan tarixi qələbədən, şəhidlərimizin xatirəsinin heç vaxt unudulmayacağından danışılmışdır.
Qeyd edək ki, Firdovsi Afiq oğlu Paşayev 2000-ci il noyabrın 14-də Kəlaman kəndində dünyaya göz açıb. 2007-2018-ci ildə E.İsgəndərov adına Hacıalılar kənd orta məktəbində təhsil alıb. Daha sonra 2019-cu ildə Gədəbəy rayon Peşə litseyini bitirib. 6 may 2020-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi başlayanda Firdovsi də döyüşlərə qatılıb. Füzuli istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. Oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalı medalı ilə Firdovsi Paşayev ölümündən sonra  təltif edilmişdir.

Keçidlər