Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Vətən müharibəsi iştirakçısını qəbul etmişdir.

04 iyun 2021 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Vətən müharibəsi iştirakçısı Əliyev Etibar Emil oğlunu qəbul etmişdir.
Qəbulda iştirak edən Vətən müharibəsi iştirakçısı şanlı Azərbaycan Ordusu sıralarında keçdikləri döyüş yolundan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətindən, qətiyyətindən, iradəsindən və əzmindən iftixarla danışmış, Vətən Müharibəsində xidmətlərinə görə möhtərəm Prezidentimizin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunduğunu bildirən döyüşçü Ordu sıralarında qulluq etməkdən şərəf duyduğunu, lazım olan anda Vətənin müdafiəsinə hazır olduğunu bildirib.
Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev onun sağlamlıq durumu, məişət problemi, ailəsinin  qayğıları ilə maraqlanmış, qaldırdığı məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Vətən Müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısı haqqında ətraflı məlumat verən rayon rəhbəri həmişə onların yanında olduğunu diqqətə çatdırmışdır.

Keçidlər