Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edildi

10 may 2021 | 16:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Ulu Öndərin doğum günü ilə əlaqədar Gədəbəydə  silsilə tədbirlər keçirilmişdir. Mayın 7-də “Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev-98” mövzusunda video konfrans keçirilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsində rayonda keçirilən ümumrayon iməciliyi və ağac əkmə aksiyasına mütəşəkilliklə və böyük həvəslə qatılan rayon ictimaiyyətinin nümayəndələri əslində Ulu Öndərə sonsuz məhəbbətlərini ifadə etmişlər.
Mayın 10-da Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının və  idarə, müəssisə və təşkilatların rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq, xatirəsini böyük hörmət və ehtiramla yad etmişlər.

Keçidlər