Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə Vətən müharibəsi şəhidinin doğum günü ailəsi ilə birlikdə qeyd olunub.

02 may 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Cəfərov Elmar İlham oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Elmar Cəfərovun bu gün 26 yaşı tamam olur. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”,  və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü ailəsi bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.

Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.

Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 26 yaşını qeyd etdiyimiz Elmar Cəfərovun xatirəsi  yad olunub.

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zeynalabdiyev Elçin Musa oğlu və digər qonaqlar Novoivanovka kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

RİH başçısının birinci müavini Natiq Nağıyev rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Elmar Cəfərovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Elmar kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Keçidlər