Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Ağsaqqallar Şurasının iclası keçirilib.

23 aprel 2021 | 16:00

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədrinin müavini Bayram Yusifov ağsaqqalların ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı əhəmiyyətli rolundan danışıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyətini yüksək qiymətləndirib.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev çıxış edərək bildirib ki, istər dünyanı cənginə almış karonavirus (COVİD-19) infeksiyası ilə mübarizədə, istərsə də Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi və şanlı ordumuzun zəfəri ilə başa çatan Vətən Müharibəsi zamanı hər birimizin arxa cəbhədə bir yumruq kimi birləşməsi Gədəbəy ağsaqqalları böyük dəstək və fədakarlıq göstərdilər: “Ağsaqqal sözü dərin məna kəsb edir. Ağsaqqal həmişə lazımi anlarda düzgün yol göstərməsi ilə gənclərə kömək edir, cəmiyyətdə böyük nüfuz sahibi olur. Əminəm ki, bundan sonra da rayonumuzda şərəfli və qürurlu vəzifələrin həyata keçirilməsində, milli və mənəvi dəyərlərimizin qorunmasında rayon Ağsaqqallarının dəstəyi yüksək olacaqdır”.

Çıxış edənlər yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açıb. Bu qayğının təzahürüdür ki, Gədəbəy rayonunda ağsaqqallarla gənclərin işbirliyi vəhdət təşkil edir.

Sonra təşkilati məsələlər müzakirə olunub. Gədəbəy Rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi açıq səsvermə yolu ilə qəbul edilib.

Kərəm Məmmədov Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri seçiliblər.

Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

 

Keçidlər