Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda növbəti iməclik keçirilmişdir

22 aprel 2021 | 16:00

Rayonda növbəti iməclik işləri rayonun Şəhidlər Xiyabanında keçirilmişdir. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib həmçinin digər abadlıq işləri görülmüşdür.
İməclikdə Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri iştirak etmişdir.
İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla həyata keçirilmişdir.
Qeyd edək ki, rayon ərazisində mütəmadi olaraq təmizlik-abadlıq işləri davam etdirilir.

Keçidlər