Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda növbəti iməclik keçirilmişdir

13 aprel 2021 | 16:00

Rayonda növbəti iməclik işləri rayonun mərkəzində yerləşən Heydər Əliyev parkında keçirilmişdir. Ərazi tullantılardan təmizlənib, zibilliklər ləğv edilib həmçinin digər abadlıq işləri görülmüşdür.
İməclikdə  rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri iştirak etmişdir. İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla həyata keçirilmişdir.
Qeyd edək ki, rayon ərazisində mütəmadi olaraq təmizlik-abadlıq işləri davam etdirilir.

 

Keçidlər