Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə ümumrayon iməcliyi keçirilib

08 aprel 2021 | 16:00

Rayonda təmizlik, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, kənd daxili yolların, su xətlərinin təmiri, yaşıllıqların qorunması, məişət tullantıların yığılması və daşınması daim diqqətdə saxlanılır.
Rayonun bütün yaşayış məntəqələrində iməclik təşkil edilib. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib həmçinin digər abadlıq işləri görülüb. İməcilikdə İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, bələdiyyələr, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri və sakinlər iştirak edib. İşlər rayon icra hakimiyyətinin təşəbbüsü ilə karantin qaydalarına əməl olunmaqla görülüb.
Qeyd edək ki, Gədəbəydə bu cür iməcliklər, ekoloji aksiyalar və maarifləndirici tədbirlər mütəmadi təşkil olunur.

 

 

 

Keçidlər