Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda Vətən müharibəsinin daha bir şəhidi Tural Məmişovun doğum günündə məzarı ziyarət olunub.

05 aprel 2021 | 16:00

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də Məmişov Tural Tələt oğludur. Vətən torpaqları tam olsun deyə ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalmış Tural Məmişovun bu gün 29 yaşı tamam olur. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Qubadlının azad olunmasına görə”, "Laçının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", “Vətən uğrunda” və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü ailəsi bərabər hər kəs qeyd edir, şəhidimizə olan sonsuz ehtiramını bildirir.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğı Gədəbəydə də hər zaman örnək və nümunə götürülür. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərliyi tərəfindən bu təbəqədən olan insanlar daim diqqət mərkəzində saxlanılır.
Rayon rəhbərliyinin tapşırığına əsasən bu gün 29 yaşını qeyd etdiyimiz Tural Məmişovun xatirəsi  yad olunub.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Natiq Nağıyev və digər qonaqlar Maarif kəndində olub, şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
RİH başçısının birinci müavini Natiq Nağıyev rayon rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Tural Məmişovun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Tural kimi oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Keçidlər