Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH-də vətən müharibəsi iştirakçısı yüksək vəzifəyə təyin edildi.

15 fevral 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2021-ci il tarixli Fərmanına əsasən  Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı, Azərbaycan Respublikası Prezidentinin 01.12.2020-ci il tarixli Sərəncamı ilə «Qubadlının azad olunmasına görə”, 24.12.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” və 29.12.2020-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Zeynalabdiyev Elçin Musa oğlu təyin edilmişdir.

Gədəbəy RİH başçısı aparatının kollektivi adından Elçin Zeynalabdiyevi təbrik edir, gələcək faəliyyətində uğurlar arzulayırıq.

Keçidlər