Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda 10 fevral 2021-ci il tarixdə fənn olimpiyadalarının rayon mərhələsinə start verilmişdir

10 fevral 2021 | 16:00

Gədəbəy rayonunda 10 fevral 2021-ci il tarixdə fənn olimpiyadalarının rayon mərhələsinə start verilmişdir. 3 gün davam edəcək olimpiyadada rayonun müxtəlif məktəblərindən olan 300-dək 9,10,11-ci sinif  şagirdlərinin iştirakı nəzərdə tutulmuşdur. Olimpiyada pandemiya şərtlərinə tam uyğun olaraq təşkil olunmuşdur. Şagirdlər arasında sosial məsafə gözlənilməklə, tempraturları ölçülərək imtahan zalına buraxılmışdır. Hər şagirdin valideyni ilə son 15 gündə yolxucu xəstəliyə yoluxmadığına dair bəyannamə imzalanmışdır. Şagirdlərə uğurlar arzu edirik.

Keçidlər