Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına başlanılıb

09 fevral 2021 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi Gədəbəy rayonunda da Covid peyvəndi davam etdirilir. 8 fevral 2021-ci il tarixdən başlamış 65 yaşdan yuxarı şəxslərin əvvəlcədən götürdükləri randevuları əsasında Gədəbəy Rayon Məkrəzi Xəstəxanasında xüsusi peyvənd otaqlarında peyvənd olunurlar. 

Peyvənd vurdurmaq üçün xəstəxanaya daxil olan rayon sakinləri əvvəlcə həkim müayinəsindən keçir və onlar barədə anamnez toplanır. İlk olaraq onların təzyiqi ölçülür, qanda oksigenin miqdarı və yanaşı xəstəliklərinin olub-olmadığı öyrənilir. Sonra peyvənd olunmağa gələn vətəndaşlar qeydiyyat otağına yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim edir, lazımı qeydiyyat aparılandan sonra xüsusi ayrılmış peyvənd otağına daxil olurlar. Peyvənd vurulandan sonra vətəndaş 30 dəqiqə həkim müşahidəsində saxlanılır. Həmin müddət ərzində peyvəndin əlavə yan təsiri və allergik reaksiyası olmadıqda evə yola salınır. Peyvənd edilənlərin hər birinə vaksinin ikinci dozasının vurulma tarixi barədə məlumat verilir.

Peyvənd işləri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməklə aktivlik müşahidə olunur.

 

Keçidlər