Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy RİH başçısının bir qrup İƏD üzrə nümayəndəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən təltif edilmişdir.

04 fevral 2021 | 16:00

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Novoivanovka, Zəhmətkənd, Dəyəqarabulaq və Qoşabulaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrinə “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiklərinə və arxa cəbhədə fəallığı ilə fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimovun Fəxri Fərmanları təqdim edildi.

Gədəbəy RİH başçısı aparatının kollektivi adından Bahəddin Tağıyevi, Tahir Mirzəyevi, Məhəd Tağıyevi və Qalib Məmmədrzayevi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

 

 

Keçidlər