Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların nəzərinə!

09 sentyabr 2020 | 16:00

10 sentyabr 2020-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası Azərbaycanın ucqar rayonlardan olan Gədəbəy rayonu sakinlərinə tibbi xidmət göstərəcək. Aksiya sosial izolyasiya qaydaları qorunaraq həyata keçiriləcək. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.

Tibbi aksiya Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzinin yanında, saat: 09:00 – 16:00 aralığında keçiriləcəkdir.

Keçidlər