Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi üçün texniki-logistik dəstəyə daim hazırdır

13 iyul 2020 | 16:00

Prezident İlham Əliyev hətta xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi.
Antonio Quterreş isə həm cənab İlham Əliyevin xüsusi sessiyanın keçirilməsi təşəbbüsünü dəstəklədiyini, həm də texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu söylədi. Eyni zamanda Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirdi. 2016-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədləri BMT üzvü olan dövlətlərin 2015-ci ilin sentyabr ayında keçirilən sammitində elan edilib. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Elə həmin sammitdə Azərbaycan da Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Dayanıqlı İnkişaf Məqsədlərində qarşıya qoyulmuş hədəflər böyükdür və 17 prioritet vəzifə qarşıya qoyulub. Yeni məqsədlərin özünəməxsusluğu isə bütün ölkələri, o cümlədən yoxsul, zəngin və orta gəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərtilə, tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. Azərbaycan dövləti bu 17 məqsədi əhatə edən uğurlu dövlət siyasəti həyata keçirməkdədir. Bir sözlə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticə etibarilə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda daha sürətlə reallaşmasına yol açıb.

Keçidlər