Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy rayonunda xüsusi karantin rejimi ilə əlaqədar növbəti reyd keçirilib

08 iyul 2020 | 16:00

İyulun 07-də Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısı İbrahim Mustafayev və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə  ictimai iaşə müəssisələrində növbəti reyd keçirilib.

Reyd zamanı RİH başçısı ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus xəstəliyinin əhalinin sağlamlığına vura biləcək zərərin qarşısının alınmasından ötrü bütün zəruri tədbirlərin vaxtında görüldüyünü diqqətə çatdırmaqla bir daha vətəndaşları müəyyən edilmiş tələblərə ciddi şəkildə əməl etmələrinin, tibbi-mühafizə vasitələrindən, maska və əlcəklərdən müntəzəm istifadə olunmasının, vətəndaşlar arasında sosial məsafəinin gözlənilməsinin, vacibliyini bir daha qeyd edib. İcra başçısı tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronavirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı izah edərək sakinləri bütün bunlara riayət etməyə çağırıb.

Qeyd edək ki, Gədəbəy rayonunda fəaliyyət göstərən Operativ Qərargah tərəfindən ticarət ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində və digər xidmət sahələrində monitorinqlər aparmaq üçün 4 nəfərdən ibarət İcra Hakimiyyəti  başçısı Aparatının və hüquq mühafizə orqanlarının əməkdaşlarından, bələdiyyə üzvlərindən, YAP fəallarından və ictimaiyyətin nümayəndələrindən ibarət 54 mobil qrup yaradılıb.

Onlar mütamadi olaraq rayon ərazisində reydlər keçirir, maarifləndirici söhbətlər aparır, dünyanı narahat edən pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah edirlər.

Keçidlər