Şriftin ölçüsü :

Saytın rəngi :

04 may 2020-ci il tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev şəhər və kənd İƏD üzrə nümayəndələrinin iştirakı ilə növbəti videokonfransı keçirib.

04 may 2020 | 16:00

04 may 2020-ci il tarixində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev  şəhər və kənd İƏD üzrə nümayəndələrinin iştirakı ilə növbəti videokonfransı keçirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın qәrarı ilә xüsusi karantin rejiminin yumşaldılmasından irәli gәlәn tədbirlər müzakirə olunub. Rayon rәhbәri bildirib ki, ölkədə karantin qaydalarının yumşaldılması ilə yanaşı, koronavirus infeksiyasının qarşısının alınması üçün bir sıra tədbirlərin davam etdirilməsi ilə bağlı vəzifəli şəxslərin qarşısına ciddi tələblər qoyulub. 

Bunlardan әlavә, aztəminatlı ailələrin, yaşı 65-dən yuxarı olan  tənha və ahılların daim diqqətdә saxlanılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbulu zamanı verdiyi tapşırıq və tövsiyyələrdən irəli gələn məsələlərin daima diqqətdə saxlanılması bildirilmişdir.

Eyni zamanda RİH başçısı rayonda aparılan yazlıq əkin  işlərinin  gedişi ilə də maraqlanmışdır. 

Keçidlər