Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəydə “Biz birlikdə güclüyük!” devizi altında başlanılan xeyriyyə kampaniyası davam etdirilir

30 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla, aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Gədəbəydə “Biz birlikdə güclüyük!” devizi altında başlanılan xeyriyyə kampaniyası davam etdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə reallaşan aksiyaya qoşulanların sayı isə günbəgün artır. Əsas məqsədi karantin rejimi dövründə aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan insanlara dəstək göstərmək olan bu aksiya cəmiyyət tərəfindən də razılıqla qarşılanır. Sevindirici hal isə odur ki, Gədəbəydə başlanılan bu aksiyaya nəinki rayondan kənarda yaşayan insanlar, eləcə də yerli təşkilatlar da dəstək olaraq qoşulurlar.

Növbəti xeyriyyə aksiyasının təşəbbüskarı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsi olub. Rayon İcra Hakimiyyətinin və DİİXİHİ-nin rayon komitəsinin əməkdaşları tərəfindən 50 aztəminatlı ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və xeyriyyə kompaniyasının bütün iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər