Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus infeksiyanın yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ilə yaradılmış mobil qurupların fəaliyyəti ilə tanış olub

30 mart 2020 | 16:00

30.03.2020-ci il tarixdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev rayon ərazisində koronavirus infeksiyanın yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ilə yaradılmış mobil qurupların fəaliyyəti ilə tanış olub.

Gədəbəy rayonunda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması  məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Bu istiqamətdə görüləcək tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir.

İnfeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyətinin aparatı, İƏD nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət ümumilikdə 55 qrup yaradılmışdır ki, onlardan 10 mobil qrup şəhər ərazilərində, 45 qrup isə kənd yerlərində fəaliyyətə başlamışdır.

Mobil qruplar əhalinin sıx toplaşdığı parklarda, avtovağzalda və digər yerlərdə sakinlərlə, əsasən yaşlı sakinlərlə görüşərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən göstəriş və tövsiyələr barədə onları məlumatlandırır və müvafiq izahatlar verirlər. 

Keçidlər