Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu rayonun Slavyanka kəndində keçirilmişdir

29 yanvar 2020 | 16:00

Yanvarın 29-da Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Slavyanka kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir.
Səyyar qəbulu giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev açaraq, vətəndaşların səyyar qəbullarının məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, Rayon İcra Hakimiyyətinin səlahiyyəti daxilində həlli mümkün olan müraciətlərin yerindəcə həll edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində olan müraciətlərin ümumiləşdirilərək aidiyyəti qurumlara müraciət edilərək onların həlli istiqamətində operativ kompleks addımların atılması olduğunu qeyd edib. Belə görüşlərin ölkə Başçısı cənab İlham Əliyevin tapşırığı ilə rayonda mütəmadi olaraq keçirildiyini bildirən RİH başçısı vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını deyib. RİH başçısı sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra qəbulda çıxış edən kənd sakinləri görülən işləri müsbət qiymətləndirmiş, həmçinin onları narahat edən mövcud problemlərlə bağlı müraciətlər etmişlər. Kəndə içməli su xəttinin çəkilməsi, kənddə istismar müddətini başa vurmuş elektrik dayaqlarının və naqillərinin yenisi ilə əvəz olunması və digər şəxsi problemlər sakinlər tərəfindən səsləndirilmişdir.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər