Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

24 yanvar 2020 | 16:00

Bu gün hər kəsə yaxşı məlumdur ki, ölkəmizdə Respublika Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Ölkə başçısının vətəndaşlara olan diqqət və qayğısı Gədəbəydə də hər zaman ön planda tutulur. Bunu rayon rəhbərliyi tərəfindən sakinlərlə keçirilən səyyar görüşlər, görüş zamanı səslənən fikirlərə, qaldırılan məsələlərə operativ şəkildə baxılması, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar da əyani şəkildə sübut edir.
Bu gün Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev vətəndaşların fərdi şəkildə qəbulunu keçirib. Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb.
Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub.
Dinlənilmiş çoxsaylı müraciətlərin bir qismi yerində həllini tapmış, digər müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülmüş, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər