Şriftin ölçüsü :

Saytın rəngi :

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu rayonun Qaraməmmədli kəndində keçirilmişdir

04 dekabr 2019 | 16:00

Gədəbəy rayonunda ənənəvi hal alan, Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşlər sakinlərin qaldırdıqları problemlərin həllini tezləşdirməklə əhali tərəfindən razılıqla qarşılanır.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Kənd sakinləri ilə növbəti görüşü giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev səyyar qəbulların məqsədinin, yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd etmişdir. Son illər Gədəbəy rayonunda həyata keçirilən tədbirlər barədə geniş məlumat verən RİH başçısı xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər. Müraciətlər əsasən kənddə qəzalı vəziyyətdə olan elektrik dayaqlarının yenisi ilə əvəz olunması, qaz təzyiqinin aşağı olması və şəxsi məsələlərlə bağlı olmuşdur.
Kənd sakinlərini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin yerində araşdırılaraq həll olunması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə öz tövsiyə və tapşırıqlarını vermişdir.
Görülən işləri müsbət qiymətləndirən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər